Antaliyanın Serik Mahalında ağır yol qəzası baş verib.
Qəza dünən səhər saatlarında qeydə alınıb.
Qəzada mikroavtobus sürücüsü Muzaffer Kaya ilə yanaşı Aydın Çavuşoğlu, 35 yaşlı Nihat Tufan və 37 yaşlı Lyuduyla Tufan adlı şəxslər yaralanıblar.
Hadisə yerinə gələn tibbi briqadaların ilkin müdaxiləsinin ardından yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Unikal.org milliyet-ə istinadən xəbər verir ki, yaralananlardan biri Aydın Çavuşoğlunun, xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı olduğu açıqlanıb.
Ayaq sümüklərində qırıqlar olduğu deyilən Aydın Çavuşoğlunun Aralıq dənizi Universiteti Xəstəxanasında müalicəsi davam etdirilir.
Qəza törədən mikroavtobusun sürət indiqatorunun (spidometr) 180 kilometrdə qaldığı görünüb.