Qax rayonunun yaşayış məntəqələrinə ilk qar yağıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Oktyabrın 16-sı axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 7 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb.

Bu gün saat 17 radələrindən Qax rayonun İlisu və Sarıbaş kəndlərinə isə ilk qar yağmağa başlayıb.

Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hazırda qar yağması davam edir. İlisuda qarın qalınlığı 1-2 sm, Sarıbaşda isə 3-5 sm təşkil edir.