İsmayıllıda torpaq sürüşməsi baş verib.

Unikal.org bildirir ki, ARB Şəki xəbər verir ki, intensiv yağan yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib. Kənddən 150 m aralıda, dağın yamacında 5 hektar ərazidə baş verən torpaq sürüşməsi nəticəsində torpaq kütləsi həmin ərazidə olan fərdi yaşayış evlərinə doğru hərəkət edir.

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.