Evakuator sürücüləri maşını 20-30 metrlik gölməçədən keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər

Unikal.org  avtosfer.az-a istinadən xəbər verir ki, sürücülərdən biri Bakıda evakuator sürücülərinin yağışlı havada yaranmış gölməçələrdən keçmək istəyən sürücülərdən 10 manat alması barədə məlumat və video paylaşıb.

Vaqif Hüseynov videoda bildirib ki, Dərnəgül yolunda gölməçələr yaranıb və kiçik minik avtomobilləri oradan keçə bilmir. Bir neçə evakuator sürücüsü isə həmin əraziyə gələrək yolda qalan sürücülərə "kömək təklif edirlər. Onlar təxminən 20-30 metrlik ölməçəni keçirmək üçün hər sürücüdən 10 manat tələb edirlər. Artıq Dərnəgül yolunda evakuator sürücülərinin biznesi genişlənməyə başlayıb.