Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 4 dəfə pozub.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, işğal altında olan Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.