Türkiyənin Diyarbəkir əyalətində yaşayan Şahə Tayurak adlı nənənin 430 nəvə, nəticə, kötükcə və əticəsi var.
Unikal.org-un atv.az-a istinadən verdiyi məlumata görə, 3 dəfə ailə quran qocanın azı 115 yaşı var. Sonuncu həyat yoldaşından övladı olmayan Şahə nənənin ən böyük uşağı 90 yaşındadır. Maraqlısı budur ki, ötən ilə qədər ağbirçəyin səhhəti ilə bağlı heç bir şikayəti olmayıb. Keçmişi olduqca rahat şəkildə xatırlayan Şahənə nənənin yaddaşı ilə bağlı da heç bir problemi yoxdur.
3 əsr gördüyünü deyən ağbirçək bildirir ki, onun bəzi qohumları barədə heç məlumatı yoxdur. Bir neçəsinin yalnız adını eşidib. Bununla belə, yaxınlarından razılığını ifadə edən türkiyəli, əksər qohumlarının ona tez-tez baş çəkdiyini vurğulayıb.