Dünyada ən böyük axtarış sistemlərindən biri olan Google yeni xidməti "Google Flightsı istifadəçilərinə təqdim etdi.
Unikal.org xəbər verir ki, bu xidmət vasitəsilə tətilə hazırlaşanlar gələcək səyahətlərinin maddiyyatını hesablayarkən, qiymətlərdəki dəyişiklik və yaranacaq məsrəflər haqqında məlumat ala biləcəklər.
Beləliklə, bilet almaq istəyənlər bir müddət gözləyib, dəyişiklikləri izləyə biləcəklər.
Google bu gözləmə müddətində biletlərin qiymətində baş verən azalma və artım barəsində tətil planlayan istifadəçilərini bildiriş yolu ilə xəbərdar edəcək.