"Şəmkir Su Elektrik Stansiyasında cari ilin sentyabr ayında 29,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

 Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin Mətbuat xidmətindən daxil olan məlumatda bildirilir. 

2016-cı ilin 9 ayı ərzində isə bu su elektrik stansiyasında 603,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Digər enerji obyektləri kimi "Şəmkir Su Elektrik Stansiyasında da iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir.

Cari ilin son üç ayı ərzində hidroaqreqatlarda müxtəlif təyinatlı cari təmir işləri həyata keçirilib, qrafikdə nəzərdə tutulmuş avadanlıqların texniki xidmət işləri isə əsasən yerinə yetirilib.

2 hidroaqreqatdan ibarət, ümumi gücü 380 meqavat olan bu SES-in birinci hidroaqreqatı 1982-ci, ikncisi isə 1983-cü ildə istismara verilib.