Türkiyənin Mersin şəhərində yaşayan Bülent Mutaf insanlarda oxuma vərdişini inkişaf etdirmək üçün maraqlı üsula əl atıb.
Unikal.org xəbər verir ki, 35 ildir aptek işçisi kimi fəaliyyət göstərən bu şəxs, aptekinin bir küncündə kiçik bir kitabxana yaradıb. Bununla da yanına dərman almağa gələn şəxslərə həmin kitabxanadan oxumaları üçün kitab da verir. Lakin bir şərtl ki, həmin kitab 15 gün içərisində oxunmalı və yenidən aptek kitabxanaya geri qaytarılmalıdır. Aptekdən kitab götürən vətəndaşlar da örnək davranışa görə Bülent Mutafa təşəkkür edərək, məhz onun sayəsində kitab oxuma vərdişinin artdığını deyirlər.
Eczanesine Gelenlere Hem Ilaç Hem de Kitap Veriyorby haberler