Zəm-zəm suyu ilə bağlı türkiyəli mütəxəsislər bildir ki, ora kiçik bir quyudur. Həmin yerə milyonlarla insan gəlib o sudan içir, gedərkən öz ölkəsinə aparır.
Unikal.org xəbər verir ki, buradan nə qədər su çəkilsə də, quyunun su səviyyəsində heç bir azalma olmur.
Bura sanki yeraltı dəniz kimidir.
Zəm-zəmlə bağlı aparılan araşdırmalarda da həmin suyun çox faydalı olduğu qeyd edilir. Məsələn, məkkəlilər öz evlərində zəm-zəm suyu içirlər.
Məkkənin müxtəlif yerlərində zəm-zəm suyunun nasoslarla vurulduğu mərkəzlər vardır ki, insanlar buradan zəm-zəm suyu alıb içirlər. Biz vərdiş etmədiyimizə görə, bu su bizə bir qədər ağır gələ bilər. Lakin orqanizmin sağlamlığı baxımından çox faydalı sudur.