Ölkəmizdə son vaxtlar yağan yağışlar bir sıra fəsadlar törədib. Xüsusi ilə Bakı şəhərində yollar su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib.

Unikal.org bizimyol-a istinadən xəbər verir ki, Xırdalan və Sulutəpə ərazilərində evlər su altında qalıb. Bu gün Binəqədi rayonunda polis əməkdaşları çətin vəziyyətdə qalmış vətəndaşları yağış sularından xilas ediblər.