Filippin üçün ABŞ-la vidalaşmağın zamanı çatıb.
Bunu Çində səfərdə olan Filippin Prezidenti Rodriqo Duterte deyib.
Dövlət başçısı bir daha ABŞ-a səfər etməyəcəyini açıqlayıb:
"Ölkəmdə yer almağınız yalnız sizə fayda verirdi. Odur ki, dostlar, vidalaşmağın zamanı çatıb. Mən bir daha ABŞ-a səfər etməyəcəyəm. Çünki orada yalnız yeni təhqirlərlə üzləşəcəyəm.
Qeyd edək ki, 1946-cı ilədək ABŞ-ın müstəmləkəsi olan Filippinlə rəsmi Vaşinqton arasında bir neçə hərbi saziş mövcuddur.