"Azərbaycanda qış mövsümünün başlaması ilə elektrik təchizatı ilə bağlı problem gözlənilmir".

Unikal.org bildirir ki, bunu jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.

O bildirib: "Son günlərdə baş vermiş güclü yağışların stansiyalarımızın və yarımstansiyalarımızın işinə müəyyən təsir göstərməsinə baxmayaraq, biz bütün problemləri normal rejimdə həll etdik".