Pakistanın paytaxtı İslamabad bazarında çayçılıq edən Arşad Xan adlı gənc qısa müddətdə dünyada məşhurlaşıb.

Unikal.org-un xaici mətbuata istinadən məlumatına görə, fotoqraf Cia Ali mavi gözlü Arşadın fotosunu sosial şəbəkədə paylaşıb. Foto qısa müddətdə yayılıb və 10 minlərlə insan tərəfindən bəyənilib. Bundan sonra məşhurlaşan 18 yaşlı oğlan müsahibə verib.

O, kiçik bir əyalətdə yaşadığını və 17 bacı-qardaşının olduğunu bildirib. Arşad Xan məşhur olmağın ona xeyri dəydiyini də vurğulayıb. Artıq Pakistanın internet-maqazinlərindən biri reklam üçün onunla müqavilə bağlayıb.