Saçların təmiz və canlılığı üçün ən çox istifadə olunan təmizləyici maddə şampundur. Adətən şampun alarkən saçın yağlılığına, boyalı olub-olmamağına görə seçilir. Lakin şampunların tərkibindəki kimyəvi maddələr ən başda insan sağlamlığına və saça zərərlidir.

Unikal.org xəbər verir ki, evdə təbii şampun hazırlamaqla sağlamlığınızı sığortalamış olarsınız.

Lazım olanlar:1 şorba qaşığı limon suyu, 1 şorba qaşığı bal, 1 stəkan isti su, paçkada çobanyastığı çayı

Hazırlanması:Suyu qızıdırın, amma qaynatmayın. 1 stəkana 1 yemək qaşığı bal, 1 yemək qaşığı limon suyu qatın, isti suyu üzərinə əlavə edib, yaxşıca qarışdırın. Bu proses narıncı rəngə dönəndə çobanyastığı çayını suya salın.

Beləliklə, bitki mənşəli şampunu hazırlayıb normal şampun kimi istifadə edə bilərsiniz.