Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insident Riasi dairəsində baş verib. Avtobus yoldan çıxaraq dərin uçuruma yuvarlanıb. Hadisə zamanı avtobusda 45 sərnişin olub.
Xəsarət alan sərnişinlərin əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.