Müğənni Rəqsanə İsmayılova boşanmağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, sənətçi sosial şəbəkədə həyat yoldaşı ilə rəsmi nikahda olduğunu və boşanmadığını qeyd edib:
"Hər şey yolundadır, görürəm ki, özlərindən nəsə yazıblar. Mənim qeyri-rəsmi yox, rəsmi nikahım var. Bəsdirin, ayıbdır, yalan yazırsız. Yorulduq, cavab vermək istəmirsən, ancaq mümkün deyil. Dincəlin, mənim həyatım çox gözəldir.
Qeyd edək ki,Rəqsanə bu günə qədər həyat yoldaşını mediadan gizlədib. Sənətçi hazırki həyat yoldaşının onun qızları Aysun və Yağmuru öz soyadına keçirdiyini deyib.