Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2016-cı il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində "daşınması sözündən sonra ", habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti sözləri əlavə edilir. Bu maddədə qeyd edilən xidmətlərdən vergi sıfır (0) dərəcə ilə tutulur.
İndiyədək tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti adi qaydada ƏDV-yə cəlb edilirdi.
Yeni mətndə göstərilir ki, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV 0 dərəcə ilə hesablanır.