Hakim vəzifəsinə namizədlərin seçimi üzrə müsabiqə davam edir.

Unikal.org xəbər verir ki, test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda keçirilən yazılı imtahanda cinayət və mülki sahələr üzrə iki kazus xarakterli sual dörd saat ərzində cavablandırılıb.

Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş müstəqil hüquqşünas-alim tərəfindən ayrı-ayrılıqda yoxlanılıb.

İmtahanın nəticəsinə görə, hər bir sahə üzrə 60 və daha çox bal toplamış 176 namizəd müsabiqənin növbəti mərhələsinə - şifahi imtahana buraxılıb.

Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində (http://www.jlc.gov.az/view_index.php?id=590) yerləşdirilib.