Aç qalan boz ayı kəndə girdi.

Unikal.org türkiyə mətbuatına istinadən məlumatına görə, Milli Parkda ac qalan və kənd meydanına gələrək məhəllələrə girən boz ayı, uyuşturularak ordan götürüldü.

Alınan məlumata görə, yemək tapa bilməyən boz ayı, Kelkit mahalına 5 kilometr uzaqlıqdakı Yesilova kəndinə gələrək bəzi evlərin həyətlərinə girməyə cəhd edib. Boz ayını görən vətəndaşlar, vəziyyət barədə Kelkit Bələdiyyəsinə məlumat veriblər.

Kelkit Bələdiyyəsi ilə Gümüşhane Təbiət Qoruma və Milli Parklar Şöbə Müdirliyinin işçiləri kəndə gələrək bir evin qarşısında gözləyən boz ayını, narkotik iynə ilə vurublar.