10 gündür ki, 100-ə yaxın TIR şoferi İrandan Türkiyəyə buraxılmır. 

Unikal.org xəbər verir ki, Mersindən təxminən 10 gün əvvəl TIR-larla İrana banan aparan şoferlər geri qayıdarkən Bazarqan sərhəd keçid məntəqəsindən Türkiyəyə girişinə icazə verilmir. 

Ağrının Doğubayazıt mahalındakı Gürbulak Sərhəd qapısından İrana keçdiklərini ifadə edən TIR sürücüləri, dönüş yolunda İğdıra açılan Dilucu Sərhəd Qapısından Türkiyəyə girişlərinə icazə verilməyib.

"Mersindən gətirdiyimiz bananları İrana təslim etdik. Mazut alıb geri qayıdarkən Türkiyəyə Gürbulakdan girməyimizə icazə vermədilər. Səbəb olaraq soruşduğumuzda heç bir cavab ala bilmirik. İranlı gömrük orqanları 'buradan cənazənizin keçişinə belə icazə vermərik' deyirlər. Bizə Naxçıvandan keçməklə Dilucu sərhəd məntəqəsindən Türkiyəyə dönmemizi söyləyirlər. Palçığın içərisində pərişan olduq. Yanacaq pulumuzu verin digər tərəfdən gedək deyirik, onu da qəbul etmirlər. Türkiyə ilə aramızda 500 metr var, ancaq onlar 280 kilometrlik yolu təklif edirlər".

İran 100 Türk TIR şoförünü böyle tehdit etti

İran 100 Türk TIR şoförünü böyle tehdit etti

İran 100 Türk TIR şoförünü böyle tehdit etti

İran 100 Türk TIR şoförünü böyle tehdit etti