Unikal.org xəbər verir ki, ət idxalı 88,2% artaraq 24 300,21 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 2,4 dəfə artaraq 38 437,38 min dollar, meyvə-tərəvəz - 2,1 dəfə artaraq 91 267,24 min dollar, çay - 2,7 dəfə artaraq 30 211,16 min dollar, süd idxalı 34,87% artaraq 5 750,53 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 7,29% azalaraq 208 407,42 min dollar olub.
Hesabat dövründə Azərbaycanın cəmi idxalının 15,31%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, cari ilin ilk 8 ayı ərzində cəmi idxalda yeyinti məhsullarının payı 14,81% təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 10,76% olub.