Müğənni Elza Seyidcahan illər sonra mərhum həmkarı İlhamə Quliyeva haqqında yalan danışdığını etiraf edib.
Unikal.org bildirir ki, musavat.com-a danışan Elza Seyidcahan İlhamə Quliyevanın onun xalası olduğu barədə hər kəsə yalan danışdığını deyib: "Məktəb illərində hər kəsə demişdim ki, o, mənim qohumumdur. O vaxtı hər kəs ulduzların şəklini yığırdı. Mən də İlhamə xanımın qulağında dəyərli qızıllar olan bir şəkili var idi, onu hamıya göstərib, deyirdim ki, baxın, bu, mənim xalamdır. Sanki, hiss edirdim ki, gələcəkdə mən bu xanımla duet oxuyacam, hətta biz onunla rəqib olacağıq. Aramızda böyük yaş fərqi olmasına baxmayaraq, bəli, biz rəqib olduq. İlhamə xanım özü məni özünə rəqib görmüşdü. Bunda sonra başlandı və özünüz gördüz də nələr yaşandı.
Beləliklə, mən İlhamə xanım haqqında yalan danışmışdım. Sonra fikirləşdim ki, yalan danışmaq olmaz. Çünki elə bilirdilər ki, mən onun qohumuyam, soruşurdular ki, "İlhamə xanımın neçə uşağı var?" Və yaxud şəxsi həyatı ilə bağlı suallar verirdilər...
Mən bu gün də ona olan ehtiramımı saxlayıram, Allahdan ona rəhmət diləyirəm. Yuxuda görəndə Yasin oxutdururam. Mənim fikirlərimə görə haqsızlıq edibsə, deyirəm ki, hamısını halal edirəm. İlhamə xanımın yanında mələklər çox idi. Lakin çox təəssüflər olsun ki, kimlərinsə hesabına o, mələkləri yanından qovdu, onun bəzi hərəkətləri ona xələl gətirdi. Lakin onun sənəti bu gün də yaşayır. Allah ona rəhmət eləsin. Onun sağlığında da heç vaxt arxasınca danışmamışam".
Qeyd edək ki, ömrünün sonlarına yaxın İlhamə Quliyeva ilə müğənni Elza Seyidcahan arasında qalmaqallar yaşanmışdı.