Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar və yeni "Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin "Avtovağzal və "Memar Əcəmi-2 stansiyaları,Gəncəşəhərində "Nizami elektrik yarımstansiyası, Sumqayıt şəhərində şahmat məktəbi, Xaçmaz rayonunda Yalama Aqroparkı tikilərək istifadəyə verilib.

Unikal.org-un məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə İsmayıllı rayonunda "İSMA BİKES velosiped istehsalı zavodu, "İsmayıllı-2 Su Elektrik Stansiyası,Qəbələrayonunda "Qafqaz Tufandağ Mountain Resort oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə ölkədə 2748 şagird yerlik 12 ümumtəhsil məktəb binası, 1507 yerlik 16 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və s. obyektlərin tikintisi başa çatdırılıb.