Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli rejissor, Muğam teatrının keçmiş rəhbəri Arif Qazıyev xəstəxanaya yerləşdirilib.
Unikal.org-un məlumatına görə, həyat yoldaşı Nəzakət Qazıyeva deyib ki, ötən gün axşam saatlarında Arif Qazıyevin qəfildən təzyiqi düşüb, daha sonra isə ayaqları tutulub.
Halı pisləşən rejissor xəstəxanaya yerləşdirilib və hazırda xəstəxana şəraitində müalicə alır.