"10-dan sonra"verilişində qonaq olan xalq artisti Nisə Qasımova sərt danışdı.
Unikal.org bildirir ki, Nisə xanım toylardan birində ifaçılar Eldəniz Məmmədov və Zenfira Məmmədovanın ona qarşı etdiyi hərəkətə bərk əsəbiləşib:
"Sənin nə ixtiyarın var özündən böyük ifaçını görməyəsən? O müğənnilər başları dik gəzirlər, ayaqlarının altını görmürlər. 45 il ərzində özümü heç bu ilki kimi danlamamışdım. Fırlanıram gözüm gözlərinin içinə baxır, guya məni görmürlər. Biri yalandan telefonla oynayır, o biri də guya eşitmir, görmür. Halbuki onları həmişə mən qarşılayıb, qucaq açmışam. Sən kimsən? Uzaqdan baxıb, "salam" deyə bilməzsən? Tərbiyəsi, əxlaqı odur. Elə üzrlər var ki, onu qəbul etmək istəmirəm".