Müğənni Ledi Qaqa son zamanlar Nyu-York küçələrində yenidən qəribə geyimləri ilə diqqət çəkib.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, nişanlısı Teylor Kinni ilə ayrılan Qaqanın yeni albomu uğur qazansa da, depressiyada olduğu deyilir. Bir neçə gün əvvəl isə o, küçədə mini şortda, yarıçılpaq halda görünüb. 30 yaşlı ifaçının cəsarətli geyimi paparassilərin diqqətindən yayınmayıb.