"10-dan sonra" verilişində qonaq olan müğənni Gülay Zeynallı ailəsindən danışıb.
"Mən zəhmət görmüşəm. İndi istəmirəm qızım böyüyəndə düşünsün ki, anam da, atam da tanınmışdır, ərköyün olum. Bu yaxınlarda mağazaya girmişdik, 2 manatlıq oyuncaq istədi, almadım. Pulum da var idi. İstəmirəm düşünsün ki, hər şey dediyi kimi olmalıdır. Bir dəfə də istədiyini almayaq.Mən özüm vaxtında əziyyət çəkməsəydim, bu gün uğur qazana bilməzdim".
G.Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallının onu qısqanıb-qısqanmaması ilə bağlı suala belə cavab verib:
"Biz ailə quranda bilirdi ki, sənətçiyəm. İşim olmayanda da evimdə oluram".