Dünya şöhrətli müğənni Britni Spirsin konsertində pis vəziyyətdə qalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, pop ulduzun Las Veqasdakı konserti zamanı səhnə geyimi ilə bağlı problem yaşanıb. Belə ki, müğənninin performansı zamanı büstqalteri açılıb. Çətin vəziyyətdə qalan ulduza rəqqasları kömək etməyə çalışsalar da, geyimi düzəltmək mümkün olmayıb. Bütün cəhdlərin uğursuz olduğunu görən rəqqaslardan biri öz köynəyini müğənniyə verib. Britni Spirs bu köynəklə çıxışını davam etdirib.