Unikal.org-un məlumatına görə, xalq artisti, görkəmli teatr və kino aktyoru Fuad Poladov çalışdığı Akademik Milli Dram teatrından gedir.
Bu barədə teatrın keçmiş aktyoru Hikmət Rəhimov öz şəxsi Faceook səhifəsində məlumat verib.
"Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Mənə görə polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə oradakılara narahatlığını və sonda teatrdan çıxdığını bildirən Fuad Poladov... Mən, inanın səmimiliyimə ki, bununla fəxr etmirəm və şokda yaşamıram.Çünki bu Fuad müəllimdi. Hər gün mənə ən azı zəng vurub, ürək-dirək verməyi heç vaxt unutmaram.Mən sizə bu dünyada da o dünyada da minnətdaram. Bunu heç kim etməzdi. Hər şeyə görə sağ olun".