ATV-nin aparıcıları Zaur və Günay Baxşəliyevlərin ailə qurmasından 4 il ötür. 2012 ci ildə ailə quran cütlüyün Dilavər adında bir qızları var.
Unikal.org-un məlumatına görə, təəssüratlarını izləyiciləri ilə bölüşən aparıcılar sosial şəbəkədə ürək sözlərini paylaşıblar:
"4 il bir göz qırpımında keçdi. Allah nəsib etsin 40 ili bölüşək. Maksimum dərəcədə çalışmaq və ailəni qorumaq lazımdır. Ailə bizim rahatlığımızdır. Allah bütün ailələri, balaları qorusun".









