Aşıq Əlinin maşınını polis əlindən alıb.
Unikal.org-un məlumatına görə, "5/5" verilişində efirə telefonla bağlanan Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ifaçının maşınının əlindən alınmasının səbəbini açıqlayıb:
"Aşıq Əlinin efirdə kefinin olmamasının səbəbi Səbayıl rayon Dövlət Yol Polisi tərəfindən avtomobilinin qeyri-qanuni əlindən alınmasıdır. Allah sizi səhnəmizdən əskik etməsin. Mən də sizin pərəstişkarınızam, sənətinizi izləyirəm. Əli, Səbayıl rayon Dövlət Yol Polis şöbəsinin rəisi, palkovnik Cəmşid Hənifəyev tərəfindən avtomobili əlindən alınıb, cərimə meydançasına qoyulmasından narazıçılıq edir. Sanki yol polisi tərəfindən sənətçiyə haqsızlıq edilib. Burada "460" dövlət nişanlı avtomobildən söhbət gedir. Sizə tərtib edilmiş protokoldan xəbəriniz var. Maşının beş inzibati protokolu, el arasında MMX (Mərkəzi Məlumat Xidməti - red.) kimi tanınan 5 ədəd cərimə sənədi var, eyni zamanda etibarnaməsiz idarə edilir".
A.Əli əvvəlcə maşının ona aid olmadığını söyləyib:
"Maşın mənim deyil. Qanunlara həmişə hörmət etmişəm. Polislərdən də özümə hörmət görmüşəm".
Daha sonra isə Aşıq Əlinin dəyəri 115 min manat olan ailə avtomobilinin cərimə meydançasına aparıldığı deyilib.