Tanınmış jurnalist Araz Ağayev Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunub. 

Bu barədə məlumatı A.Ağayev özü verib:

"Sizinlə yenidən əməkdaşlıq etməkdən məmnunluq duyuram. Əminəm ki, təmsil etdiyim ali təhsil müəssisəsinin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində əməkdaşlığımız faydalı olacaq. Bu yolda sizin hər birinizdən dəstək gözləyirəm. Eyni zamanda bildirirəm ki, Azərbaycan Dillər Universitetinin fəaliyyətinə dair bütün suallarınızı hər zaman cavablandırmağa hazırıq".

Qeyd edək ki, A.Ağayev bundan əvvəl "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri, sonra isə "Kaspi" qəzetində Baş redaktorun müavini olub.