Ukraynanın hüquq-mühafizə orqanları bu ölkədə itkin düşmüş azərbaycanlını beynəlxalq axtarışa verib.

Unikal.org-un İnterpola istinadən məlumatına görə, 10 iyul 1947-ci ildə Azərbaycanda anadan olmuş Balaş Abbasov barəsində "sarı xəttlə dövlətlərarası axtarış elan edilib. Azərbaycan dili ilə bərabər rus dilini də mükəmməl bilən B.Abbasovdan keçən ilin 29 may tarixindən məlumat almaq mümkün olmayıb.Onun hansı şəraitdə yoxa çıxması məlum deyil.