Dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 və "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən unikal.org-a daxil olan xəbərdə bildirilir ki, nazirliyin müvafiq qurumlarının qüvvələri itkin düşənlərin axtarış işlərini hər gün həyata keçirir.