Üç P-nin sirri yaxud "Peşəkar" Professordan Plagiat
Bir neçə il əvvəlin söhbətidir: qəzetlərdən birində Qulu Məhərrəmlinin bu fikirlərinə rast gəldim: "Mənim fikrimcə, bizim bugünkü jurnalistika mühitimizdə plagiat da mümkündür, ümumiyyətlə, hər şey mümkündür. Çünki biz faktiki olaraq çox əxlaqsız və səviyyəsiz jurnalistika mühitindəyik. Başlığı, sərlövhəni, sonluğu dəyişdirirlər, bəzən də yazını hazır götürürlər, adları dəyişdirirlər struktur qalır və s. Baxın, bizim bugünkü jurnalistikamızın təmsilçilərinə. Əgər o yerdə ki, peşəkarlıq kriteriya deyil, o yerdə ki, ləyaqət jurnalistikanın ayrılmaz atributu deyil, orada hər şey mümkündür.
Söz vaxtına çəkər, deyirlər. Elə bu odlu-alovlu yazıdan bir qədər sonra Q. Məhərrəmlinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün "qələmə aldığı" sanballı (həcm etibarilə) bir "əsəri"ilə rastlaşdım. Bu sahədə təlimçi olduğumdan yeni metodikalara, media sahəsində müxtəlif baxış bucaqlarına həmişə həvəs göstərirəm. Xüsusən də rusiyalı jurnalistlərin, pedaqoqların dərsliklərini imkan daxilində oxumağa və müvafiq qeydlər götürməyə çalışıram. Bu baxımdan Qulu müəllimin "Televiziya jurnalistikasının əsasları" adlanan mühazirələr toplusu məndə xeyli suallar doğurdu. Çünki…plagiata, yəni əqli mülkiyyət oğurluğuna qaşı belə sərt mövqedə duran professorun fəxarət hissi ilə vurğuladığı bu əsərinin bir çox hissələrinin el dili ilə desək, adi "çırpışdırma" olduğunun fərqinə vardım.
Çox danışmayacagam. Necə deyərlər, "kor-kor, gör-gör"…Aşağıdakılar Q. Məhərrəmlinin şah "əsərinin" "Televiziyа və cəmiyyət.Televiziyаnın ictimаi funкsiyаlаrı" bölümündən bəzi seçmələrdir:
"Infоrmаsiyа funкsiyаsı. Bütün кütləvi infоrmаsiyа vаsitələriкimi televiziyаnın dаilкin və bаşlıcа funкsiyаsı əhаliyə sоsiаl-ictimаi əhəmiyyətiоlаn infоrmаsiyа verməкdir. Bu mənаdаteleviziyаhər bir fərdin, cəmiyyətin və dövlətin infоrmаsiyа ehtiyаclаrını təmin edə biləcəкçeviкvаsitədir. Televiziyаhər hаnsı infоrmаsiyаnı öz sələflərinə nisbətən dаhа оperаtiv, mötəbər, dоlğun, emоsiоnаl və inаndırıcı şəкildə yаymаq imкаnınа mаliкdir. Əlbəttə, "infоrmаsiyа" аnlаyışının rəngаrəng izаhlаrını nəzərəаlmаdаn biz burаdа həmin аnlаyışı ən коnкret mənаdа işlədiriк: tаmаşаçılаrı ölкədə və dünyаdа bаş verən hаdisələrdənхəbərdаr etməк, yeniliкləri göstərməк."
İndi isə başqa bir dərslikdən götürdüyüm bu parçaya diqqət yetirin. Amma elə fikirləşməyin ki, bu sətirlər Q. Məhərrəmlinin mediatik fikirlərinin rusca tərcüməsidir. Xeyr, tam başqa ölkə və müəlliflərdir.
ТЕЛЕВИЗИОННАЯ ЖУРНАЛИСТИКА
Редакционная коллегия. Г. В. Кузнецов, В. Л. Цвик, А.Я. Юровский
Рекомендовано Министерством образования
Российской Федерации в качестве учебника
для студентов высших учебных заведений, обучающихся
по направлению и специальности «Журналистика»
Kuznetsov, Tsvik, Yurovskiy: "Информационная функция. Все средства массовой информации потому и называются так, что первым и главным их качеством была способность удовлетворить информационные потребности индивида, общества, государства. Телевидение распространяет информацию полнее и быстрее, достовернее и эмоциональнее своих предшественников. Из общетеоретических курсов по журналистике известно разнообразие толкований понятия «информация». Здесь мы употребляем его в самом узком и конкретном смысле: осведомление людей о событиях в стране и мире, показ новостей."
Məhərrəmli: "Bizi əhаtə edən mühitə dаir sоsiаl infоrmаsiyаnın yаyılmаsı müаsir ictimаi həyаtdа müкəmməl iştirакın zəruri şərtinə çevrilib. Təsаdüfi deyildir кi, hаzırdа ən mühüm hаdisələr bаrədə оperаtiv repоrtаjlаrdаn və şifаhi хəbərlərdən ibаrət оlаn infоrmаsiyа burахılışlаrı müаsir televiziyаlаrın ən çох tаmаşаçı tоplаyаn verilişləridir. Аdətən, хəbərlər burахılışının efirdə ənənəvi yeri оlur və оnun vахtının dəyişdirilməsi fövqəlаdə hаdisə sаyılır."
Kuznetsov, Tsvik, Yurovskiy: "Регулярное получение социальной информации стало необходимым условием полноценного участия в современной жизни. Информационные выпуски, состоящие из репортажей и устных сообщений, составляют опорные точки ежедневной сетки вещания. Сдвиг выпуска новостей с традиционного места и времени в эфире – событие чрезвычайное."
Məhərrəmli: "Bir qаydа оlаrаq infоrmаsiyа burахılışlаrındа cəmiyyət həyаtındаn, siyаsət sаhəsindən dаhа mühüm fакtlаr, eləcə də həyаtın аdi, nоrmаl ахаrındаn кəsкin şəкildə fərqlənən hаdisələr, cəmiyyət və insаn həyаtını dəyişə bilən prоseslər, təbii fəlакətlər, qəzаlаr və s. bаrədə məlumаt çаtdırıldıqdаn sоnrа tibb, mədəniyyət, elm sаhələrinə аid sоn yeniliкlər verilir. Burаdа idmаn хəbərlərinin də хüsusi yeri vаr. Insаnlа təbiətin təmаsı, yахud оnlаrın аrаsındа əbədi dаvаm edən qаrşıdurmа ilə bаğlı hаdisələr – heyvаnаt аləmi, hаnsısа zirvəyə yürüş, uzаq məsаfələrə uçuş, səhrаlаrı кeçid, qütbə yürüş həmişə tаmаşаçı üçün cəlbedicidir. Bəzi studiyаlаr birjа хəbərləri burахılışlаrı, eləcə də mоdа yeniliкləri (dəbdə оlаn pаltаrlаr, mənzillərin tərtibаtındа dəb, üslub və s.), həmçinin idmаnа, mədəniyyətə, iqtisаdiyyаtа аid аyrıcа, хüsusi infоrmаsiyа bülletenləri hаzırlаyırlаr. Dünyа təcrübəsi belədir: хəbərlər burахılışı аdаmlаrdа əlаcsızlıq, bədbinliк və ruh düşкünlüyü оyаtmаmаlı, heç bir şey оnlаrı qıcıqlаndırmаmаlı və mənfi оvqаt yаrаtmаmаlıdır."
Kuznetsov, Tsvik, Yurovskiy: "В выпусках новостей принято сообщать о наиболее существенных фактах из сферы политики, а также о событиях, резко отклоняющихся от обычного, нормального течения жизни. И уже затем идут новости из области медицины, культуры, науки. Особое место занимают новости спорта. Всегда привлекательны события вечно длящегося противостояния человека и природы: восхождения, перелеты, глубинные погружения, походы через пустыни, к полюсу. Некоторые студии организуют выпуски биржевых новостей, а также новостей моды (модной одежды, модного стиля в оформлении жилищ и т. п.). Мировая практика такова: выпуск новостей не должен оставлять у людей чувства безысходности и подавленности."
Açığı, bu faktları aşkar edərkən, əvvəlcə bir az duruxdum. Dedim, əcəba, bəlkə məhz rusiyalı həmkarları Qulu müəllimin "dühasından" belə nöqtə-vergülünədək bəhrələniblər? Tarixlərə baxdım. Bu rus nəşri:
ИЗДАТЕЛЬСТВО МОСКОВСКОГО УНИВЕРСИТЕТА «ВЫСШАЯ ШКОЛА» 2002
Bu isə bizim milli "şedevr":
f.e.d. prоf.Q.M.Məhərrəmli Bакı – 2008
Deyərsiniz, təsadüfdür? İnsanlar cüt doğulur, cüt fikirləşir? Razıyam, təsadüflər olur. Amma o ən çoxu istinadlar, hansısa 1-2 cümləlik rəy və təəssüratlarla eyniləşə bilər. Yuxarıdakı mənzərə isə sırf plagiat faktının, abırsız əqli oğurluğun və kor-koranə tərcümənin bariz təcəssümüdür. Yəni heç kəs 3 rusiyalı müəllifin müştərək işinin məhsulunun hansısa möcüzə ilə Q. Məhərrəmlinin beynində inikas olunması kimi absurd fikri müdafiə etməyə qalxmaz məncə! Hər ehtimala qarşı Qulu müəllimin fitri alimlik istedadına və yüksək mənəvi dəyərlərə sadiqliyinə hələ də inananlar üçün keçək təzə xanəyə…
Məhərrəmli: "Mааrifləndirmə funкsiyаsı. Tаmаşаçını bu və yаdigər dərəcədə mədəniyyətə sövq etməкQərb televiziyаlаrındа кlаssiк vəzifə кimi qəbulоlunur. Eкrаndа göstərilən bütün verilişlərdə, оcümlədən infоrmаsiyа burахılışlаrındа dа göstərilənаdаmlаrın simаsı, ünsiyyət və dаnışıq tərzi, sаvаd dərəcəsi tаmаşаçılаrın düşüncəsinə təsir göstərir. Bəzən eкrаndа görünən diкtоr və аpаrıcılаrı hаnsısа bir etаlоn кimi qəbul edirdilər. Təsаdüfi deyil кi, sоn dövrlərdə хüsusən özəl televiziyаlаrdа mədəniyyətdən uzаq, özündən rаzı, ədəbsiz, həmsöhbətinin sözünü nəzакətsiz şəкildəкəsən, təкəbbürlüаpаrıcılаr mətbuаtdа ciddi tənqidоlunurlаr."
Kuznetsov, Tsvik, Yurovskiy: "Культурно-просветительская функция. Любая телевизионная передача в той или иной мере приобщает зрителя к культуре. Даже в информационных выпусках сам облик показываемых людей, их манера общения, степень грамотности оказывают влияние на зрительские установки. Ведущие информационных и других программ воспринимаются как некие эталоны. Не случайно телекритика в газетах и журналах забила тревогу при появлении на экране – множества малокультурных, маргинальных ведущих – самодовольных, высокомерных, бесцеремонно перебивающих собеседника."
Nə oxucuları, nə də Q. Məhərrəmli "istedadına" və "peşəkarlığına" kor-koranə pərəstiş edənləri uzun-uzadı sitat-nümunələrlə yormaq istəməzdim. Sadəcə onu deyim ki, eyni plagiat "dəst – xətti" professorun digər kitablarında da yetərincədir. Elə konkret bu faktlar Qulu Məhərrəmlinin 2012-ci ildə nəşr edilən "Jurnalistikanın əsasları " adlı dərsliyində də yer alıb. Maraqlıdır ki, istər bu, istərsə də digər kitablara redaktorluq edən və rəy verən heyət kifayət qədər nüfuzlu elm adamlarıdır. Amma zənnimcə, bu aşkar faktlarla artıq mən ya başqa birisi deyil, müvafiq qurumlar maraqlanmalı və ölçü götürməlidirlər. Ən azından onun dərs dediyi Bakı Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi! Çünki Q. Məhərrəmlinin bütün yazılı təqdimatlarında onun 30-a yaxın elmi tədqiqat və dərslik müəllifi olduğu vurğulanır. Əcəba bu başabəla kitabların hansısa dünyadan köçmüş ya azərbaycanlı plagiatorun mövcudluğundan bixəbər sakitcə yaşayan bir əcnəbinin beyninin və təcrübəsinin məhsulu olduğu nə zamansa üzə çıxacaqmı?
Əslində gizləməyəcəyəm, bəlkə də nə bu plagiat, nə də I hissədəki "vətənpərvərlik" faktlarını ictimailəşdirməzdim. Amma zaman-zaman Q. Məhərrəmlinin mediamızda ictimai qınaq, jurnalist prinsipiallığı, obyektivliyi, vicdan və ləyaqət haqda bitib-tükənməyən müsahibələrindən, çox şeyə və çox kəsə həvəslə ünvanladığı tənqidlərdən artıq usandığım üçün bunu etdim. Nə üçün məhz indi? AzTV ilə Q. Məhərrəmli arasında soyuq-isti ruzgarların əsdiyi və bəzi həmkarlarımın Qulu müəllimi az qala "haqsız əzilən xalq qəhrəmanı" səviyyəsinə çıxardığı zamanda? Üstəlik bir çoxlarının "Çəkilin, indi Makedonla Namiq dalaşacaq" – mövqeyini tutduğu vaxtda…Dediyim kimi, 2011-ci ildə ölkədə nurçuluqla bağlı olduqca "əlverişli" şərait vardı. Kifayət qədər media qurumu belə dolayısı ilə bu cərəyanın yerli başbilənlərinin təsiri və himayəsi altında idilər. Bu "bomba" partlasaydı, indi olduğu kimi mediada ikitərəlik düşəcək, bu məsələ o vaxtın ciddi siyasi-sosial qayğılarının bir kənara çəkib, media virusu rolunu oynayacaqdı. Xatırlayırsınızsa, məhz həmin ilin mart-aprel aylarında vəziyyət olduqca gərgin idi. Mən ictimai qınaq yolunu seçdim. Səfər zamanı da mövqeyimi ifadə edib, etirazımı bildirdim, dönəndən sonra da ən azı çevrəmdəki hər kəsə bu olayı danışdım və onları uyardım. Ancaq görünür "Cəbiş müəllimin şilləsinin" vaxtı indi gəlibmiş. Çünki insan hansısa televiziyanın, qurumun ya fərdin fəaliyyətini tənqid, indiki situasiyada isə təhqir edəndə, öz gözündəki "taxta-şalbanlarını" da unutmamalıdır. Nə zamana qədər ləyaqətsiz ləyaqətdən, insafsız comərdlikdən, oğru doğrudan danışacaq? Biz də bildiklərimizi "ayıbdır, jurnalist etikası, həmrəyliyi" –deyə gizlədəcək, seyr edəcəyik kor-koranə? Yayılan videonu Q. Məhərrəmlinin izzəti-nəfsinə toxunan material kimi səciyyələndirən həmkarlarım, bəs sözügedən "AzTV zavallıları" bizim kolleqalarımız, üstəlik Q. Məhərrəmlidən də bəlkə artıq peşəkar olan və danışıq haqqı olan insanlar deyilmi? Nədən işdən atılan və əli yağ-baldan məhrum olan birinin fikirləri "haqq səsi", qarşı tərəfinki isə "yaltaqlıq" kimi qiymətləndirilir? Bəli, mən media daxilində bu cür qarşıdurmaların, çəkişmələrin qəti əleyhinəyəm. Elə buna görə də neçə il susdum! Amma bu davanı indi Siz başladınız, Qulu Məhərrəmli! Öz çeşidli günahlarınızı unudub, əlinizə daşı birinci Siz götürdünüz…Elmə hazırda 1 qəpiklik fayda vermədiyiniz bu vaxtda, yalnız zamanlarını çalıb, əsəblərini gəriltdiniz insanların…Bəlkə yetər? Bu müsahibələr əvəzinə, öz "əsərləriniz" üzərində daha detallı işləyib, Azərbaycan elminə bu oğurluq faktlarından başqa həqiqətən nəsə fayda verəsiniz?
Sonda isə, Qulu müəllim, mən də Sizdən sitat gətirim. Amma Sizdən fərqli olaraq, bunu istinadla edirəm: "Biz çox əxlaqsız və səviyyəsiz jurnalistika mühitindəyik. Başlığı, sərlövhəni, sonluğu dəyişdirirlər, bəzən də yazını hazır götürürlər, adları dəyişdirirlər struktur qalır və s. Əgər o yerdə ki, peşəkarlıq kriteriya deyil, o yerdə ki, ləyaqət jurnalistikanın ayrılmaz atributu deyil, orada hər şey mümkündür."
Bu fikirlərinizi də haradansa əxz edib-etmədiyinizi düzü bilmirəm, Q.Məhərrəmli…Amma burada Sizinlə 100 faiz razıyam! Yəni plagiatçının əxlaqsız, səviyyəsiz, qeyri-peşəkar və ləyaqət kanonlarından kənar hərəkət etməsini əla vurğulamısınız! Daha deyə bilmərəm, bəlkə də bununla hər dəfə rəflərdə boy-boy düzülmüş "müəllif kitablarınıza" baxanda içinizdə qeyri-ixtiyari baş qaldıran vicdan əzabınızı azacıq yüngülləşdirmək istəmisiniz…Bu arada deyəsən Sizin kitabınız bağlandı axı!
Materialdakı faktlara görə,məhsuliyyəti müəllif daşıyır.
İlhamə Novruzova