Bu gün ölkəmizdə əlilliyi olan uşaqların təhsil alması problem olaraq qalmaqdadır. Beynəlxalq və ölkə qanunvericiliyində deyilir ki, əlilliyi olan uşaqların inkluziv təhsil almaq hüququ var. Ancaq Respublikamızda əlilliyi olan usaqlarin sağlam uşaqlara nisbətən təhsil alması çox aşağı səviyyədədir. Belə ki, əlilliyi olan uşaqların hələ məktəbəqədər təhsil demək olar ki, çox azdır. Çünki bağçalarda əlil uşaqlara demək olar ki, rast gəlinmir.

Bağçaya getməyən uşaqda məktəb təhsilində xeyli çətinlik yaranır. Bu işdə valideyinlərin də üzərinə böyük məsuliyyət düşür. Bəzi valideynlər hesab edirlər ki, uşağı əlildirsə təhsil ala bilməz. Buna görə də valideynlər arasında maarifləndirici işlərin aparılmasına böyük ehtiyac var. Əlil uşaqların orta məktəblərdə sağlam uşaqlarla bir yerdə oxuması onların cəmiyyətə daha tez kompleksiz şəkildə, daha tez adaptasiya olunmasına kömək edər.

Sualımıza cavab tapmaq üçün, Gəncə Regional kollecin 2-ci kurs tələbəsi,Kəpənəyin saldığı yol adlı kitabın müəllifi Mətanət Qüdsi (Quliyeva) bu barədə yazır.

Əlilliyi olan uşaqların təhsil ala bilməməsində kimdir gunahkar? - MÜSAHİBƏ

Əlilliyi olan uşaqların məktəbəqədər təhsili, məktəb təhsili belə aşağı olması problemi məni də narahat edir, yəni bilirsiz, burda ilk növbədə valideynin üzərinə böyük məsuliyyət düşür, çox təhsilsiz uşaqların da ən böyük günahkarı valideynlərdir, ikinci məktəblərdi, onların savadsız böyməsində günahları var. Məsələn mən, əlilliyi olan uşaqlarla söhbət edəndə ordakı uşaqların çoxunun III-V sinifə qədər təhsili var. Səhəti biraz yaxşı olan uşaqların isə IX sinifə qədər təhsili var. Onlarla danışıb ortaq məxrəcə gəlirəm ki, sağlam uşaqlarla anlaşa bilmirlər, lağ edən olur, kompleks olur, sağlam uşaqların içində narahatçılıq olur, özünü tək hiss edirlər. Həmin vaxt onlar təhsili davam etdirməyi istəmirlər. Təbii ki, bunlar uşaq psixologiyasıdı, onlar anlamalıdırlar ki, təhsilsiz olmaları özlərinə həyatı boyu ziyan vuracaq.

Əlilliyi olan uşaqların sağlam uşaqlarla təhsil hüquqlarında fərqə gəlincə deyə bilərəm ki, bu məsələdə heç bir fərq yoxdur. Ancaq heç bir təhsil müəssiəsində əllilər üçün pandus yerləşdirməyiblər, istər məktəbdə olsun, istərdə məktəbin həyətində, pilləkanlardan çıxıb düşmək üçün. Sadəcə bu qanun vərəq üzərində qalır. Fərq belədir sadəcə. Birdə onu qeyd edim ki, Azərbaycanda müəyyən yerlər var ki, onlarda hardasa əlliliyi olan insanları nəzərə alıb tikinti aparıblar. İstər marketdə, istər restoranda, istər kitabxanada əlliliyi olan insanları düşünən məkan görməmişəm.

Sonunda qayğıya ehtiyacı olan uşaqlara, yəni əlliliyi olan uşaqlara məsləhətimdə var. Onlara çox şey demək istəyirəm, hətta bu yazını oxuyan hansı fiziki məhdudiyyətli insanlardan məni görmə imkanları olsa, görsün. Bir də onlara baxaraq deyim ki, məhdudiyyət bədbəxtlik və ya əngəl deyil. Bu qədər sınağı çəkmək bizə həvalə olunubsa, demək ki, biz güclüyük. Həyatdan daima istəyin, sevgi ilə, inam hissi ilə istəyin, inanın, sadəcə inanın. Mütləq istədiyiniz sizə gələcək.

1477317462_14794187_1200921213287792_1790017623_n