Qubadlı sakinlərindən il ərzində 26 ailənin mənzil şəraiti yaxşılaşdırılıb, sakinlərin sıx məskunlaşdığı ərazilərdə binaların və mənzillərin dam örtükləri təmir edilib, çoxlu sayda kommunal problemlər aradan qaldırılıb

 

Azəraycan hökumətinin sosil siyasətinin bütün təbəqələrə sirayət etməsi göz önündədir. Xüsusən də ehtiyacı olan vətəndaşların sosail prolemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər müsbət qarşılanır.

 

Son illər dövlətin qaçqın və məcuri köçkünlərlə bağlı siyasəti də cəmiyyət tərəfindən təqdir olunur. 22 ildir məcburi köçkün həyatı yaşayan vətəndaşların mənzil, məşğuluq və digər problemlərinin həlli üçün görülən işlər öz müsbət nəticəsini verməkdədir. Artıq məcuri köçkünlərlə ağlı dövlətin oturuşmuş siyasəti var və bu təbəqədən olan insanlara xüsusi imtiyazlar tanınır.

 

Elə ki, məcburi köçkünlərə verilən digər imtiyazlar sırasında onların mənzillə təmin edilməsi də var. Bu statusu daşıyan insanlar indiyədək 50 mindən çox mənzil alıb. 2014-cü ildə daha 20 min ailənin mənzillə təmin edilməsi nəzərdə tutulub. Məcburi köçkünlərin mənzillə təmin edilməsi prosesi 2004-cü ildə qəbul olunan "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"dan sonra xeyli dərəcədə yaxşılaşdırılıb. Məcburi köçkünlər ödənişsiz təhsil hüququna da sahibdirlər. 2003-cü ildə prezidentin sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Məcburi köçkünlər bu imkandan bir dəfə istifadə etmək hüququna sahibdirlər.

 

2004-cü ildə Azərbaycan prezidenti tərəfindən imzalanan digər sərəncamda özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olundu ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. Məcburi köçkünlərin işlə təminatında da müəyyən güzəştlər var. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilir. Bu kvotadan məcburi köçkünlər də istifadə edə bilər. Bununla bağlı mövcud olan qaydalara əsasən məcburi köçkün, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs olduğundan o müəssisə və təşkilatlarda kvota imkan verdiyi sayda iş yerlərilə təmin edilməlidir.

Bununla yanaşı, məcburi köçkünlər sosial ipoteka almaq hüququna da malikdirlər. Qaydalara əsasən dövlət vəsaiti hesabına adi və güzəştli ipoteka kreditləri verilir. Güzəştli ipoteka kreditində illik faiz dərəcəsi 4, adi ipoteka kreditində 8 faizdir. Adı ipoteka kreditindən hər bir Azərbaycan vətəndaşı, o cümlədən aylıq gəliri yüz minlərlə manat həcmində olan şəxs də istifadə edə bilər. Lakin güzəştli ipoteka kreditindən yalnız müəyyən sosial qrupların istifadə etmək hüququ var. Məcburi köçkünlər güzəştli katiqoriyaya aid olan sosial qruplar olduğundan onlar da güzəştli kreditlərdən istifadə edirlər.

Qeyd edək ki, son 20 ildə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər müsbət nəticələr verib. Hazırda çoxlu sayda məcburi köçkün ailəsi var ki, onların sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşıb. Bununla əlaqədar olaraq son 20 ildə dövlət müəyyən güzəştləri ya dayandırıb, ya da limitləşdirib. Hazırda mövcud olan əsas təkliflərdən biri ondan ibarətdir ki, məcburi köçkünlərə verilən yardımlar ünvanlı olmalıdır. Maddi vəziyyəti xeyli yaxşılaşan məcburi köçkünlər yardımlardan məhrum edilməli, əvəzində daha çox köməyə ehtiyacı olan məcburi köçkünlərə daha böyük maddi yardım edilməlidir. Əgər yardımlarda ünvanlılıq təmin edilərsə maddi vəziyyəti ağır olan məcburi köçkünlərin sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmaq olar.

Müsbət məqamlardan biri də odur ki, köçkün rayonların icra hakimiyyətləri də vətəndaşların problemlərinin həlli üçün lazımi işlər görür. Belə ki, bu günlərdə Qubadlı rayonunda "2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair" rayon İcra hakimiyyəti başçısının hesabatı olub. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayonun idarə müsəsisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

İclas açıq elan edildikdən sonra rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov il ərzində görülmüş işlərlə bağlı məruzə etdi. Məruzədə yığıncaq iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə qazanılmış uğurlu nəticələrdən, Azərbaycanın beynəlxalq aləmdə rolunun artmasından geniş məlumat verdi. Rayon İcra hakimiyyətinin başçısı 2015-ci ildə rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində işlərin görüldüyünü qeyd edərək bildirdi ki, il ərzində 26 ailənin mənzil şəraiti yaxşılaşdırılmış, sakinlərin sıx məskunlaşdığı ərazilərdə binaların və mənzillərin dam örtükləri təmir edilmiş, bir neçə ailəyə mənzillərinin təmiri üçün maliyyə vəsaiti verilmiş, çoxlu sayda kommunal problemlər aradan qaldırılıb. Qeyd olunub ki, köçkünlərin kütləvi məskunlaşdığı bir neçə yataqxanada ümumi istifadə sahələri əsaslı təmir edilərək təmir işləri aparılıb.

Məruzədə vurğulanıb ki, İnşaatçılar qəsəbəsində köhnə yeməkxana binasının həyətində 435 kv.metr, Aşağı Mollu məktəbinin həyətinə 786 kv. metr, İnşaatçılarqəsəbəsindəki yola 1500 kv. metr sahəyə asfalt örtük çəkilmiş, köhnə sürücülük məktəbinin həyətində 50 metr məsafədə ümumi istifadə üçün kanalizasiya xətti çəkilmiş, İcra hakimiyyəti binasının qarşısındakı istirahət parkında əsaslı yenidənqurma aparılaraq, yeni fəvvarə quraşdırılmış, abadlıq işləri görülmüş, məktəblərin, idarə və müəssisələrin həyətlərində 1375 ədəd ağac əkilib.

Hesabat dövrü əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanıldığı qeyd olunub. Bildirilib ki, rayon İcra hakimiyyətinin daxiliimkanları hesabına 2015-ci il ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, bayram tədbirlərinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə daxili imkanlar hesabına 79 min manat pul köməkliyi edilmiş, "Novruz bayramı" münasibəti ilə 600 aztəminatlı ailəyə ərzaq bağlaması, şəhid ailələrinə il ərzində dörd dəfə müxtəlif ərzaqlardan ibarət yardım paylanıb. Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə tədbir keçirilərək 16 nəfər müharibə veteranının hər birinə 200 manat pul yardımı verilıb. Bunlardan əlavə "Qurban bayramı" ilə əlaqədar rayondan olan 800 aztəminatlı ailəyə "Qurban" əti paylanıb. İl ərzində rayon üzrə 341 ailəyə ünvanlı sosial yardım ödənilmiş, hər ailəyə ödənilən məbləğin miqdarı 141manat təşkil edib. Hesabat dövrü rayon sakinləri arasında işsizliyin aradan qaldırılması istiqamətində işlər davam etdirilərək 181 yeni iş yerləri yaradılıb. Özlərindən asılı olmadan iş yerlərini itirən 1034 nəfərə orta aylıq əmək haqqı ödənilib.

2015-ci ildə rayon məktəblərini bitirən 400 məzundan 196 nəfəri ali məktəblərə qəbul olaraq tələbə adını qazanıb. Rayon sakini Nihad Abbasov ən yüksək nəticə hesab olunan 700 bal toplamış, Qəziyan kənd tam orta məktəbi "İlin ən yaxşı məktəb"i adına layiq görülüb. Rayon Mədəniyyət və Turizm idarəsi də öz işini müvafiq iş planına uyğun qurmağa çalışıb. 2015-ci il ərzində şöbə tərəfindən ümumilikdə 149 tədbir keçirilmiş, tədbirlərə 7 mindən artıq tamaşaçı cəlb edilıb.

Hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin kütləvi profilaktik tibbi müayinədən keçməsi işi uğurla həyata keçirilib. Rayon üzrə müayinədən keçən 32 min 542 nəfərdən 22 min 849 nəfəri rayon Poliklinikasının xidmətindən yararlanıb. Ötən ildə poliklinikanın texniki imkanlarının genişləndirilməsi istiqamətində də işlər görülmüş, 1 saatda 60 müayinə aparmaq qabiliyyətində olan aparat alınaraq istifadəyə verilib. Xəstəxananın qeydiyatında olan 409 nəfər şəkərli diabeti olan xəstələr vaxtlı-vaxtında dərman pereparatları ilə təmin olunub.

Hesabat məruzəsi ətrafında idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək fəaliyyət sahələri üzrə görülən işlər barədə yığıncaq iştirakçılarına məlumat veriblər. Yığıncaq iştirakçılarının fəallığı ilə keçirilən tədbirdə müxtəlif təkliflər səsləndirilmiş, il ərzində görülmüş işlər qənaətbəxş qiymətləndirilib.

 

Z.Məmmədli