Əməkdar artist Röya Ayxan 7 yaşı tamam olan oğlu Hüseynin ad günündən bəhs edib.
Unikal.org-un məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bir gündə 3 qonaqlıq etdiyini deyib:
"Çəkilişdən axşam 11-də çıxdım, səhər saat 6-da evə çatdım. Dayəsinə demişdim ki, onu mənim otağımda yatızdır. Onu saçından ayağının altına kimi öpdüm. Gözünü açıb soruşdu ki, "Saat neçədə doğulmuşam? Deyirəm, 9-un yarısında".
Röya sevgi etirafı da edib:
"Çox ehtiraslı, hissiyyatlı, hər şeyi bir anda yaşayan qadınam. Onu çox sevirəm. Niyə uzadırsan bu məsələni? Gəl barışaq, bitsin. Etdiyim səhvləri etdim, gördüyüm yaxşı işləri də gördüm. Ayrılandan sonra qıraqdan baxdım".