Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademikAbel MəhərrəmovRusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

BDU-dan Unikal.org-a verilən məlumata görə, Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib.

Rusiya Elmlər Akademiyasına üzv seçilən 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Dünya şöhrətli fransız Sovaj Jan Pyer, çinli Xuan Vey, israilli Şextman Dan, amerikalı Henri Kissencer, Rodjer Kornberq, Martinus Veltman, Kennet Cozef Errou kimi beynəlxalq səviyyədə tanınmış alimlərin sırasında BDU-nun rektoru Abel Məhərrəmovun adı da yer alıb.

Qeyd edək ki, akademikAbel Məhərrəmovdünyanın bir çox qabaqcıl universitetlərinin fəxri doktoru, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.