Noyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb. 

Unikal.org Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2016-cı il tarixədək 77.501.135,23 AZN, 212.373,88 ABŞ dolları, 4793,69 Avro, 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilib.