15 yaşındaykən mini ətəkli paltar geyinib rəfiqəsinin ev partisində iştirak etdiyi üçün 40 qamçı və 5 günlük həbslə cəzalandırılan İranlı moda dizayneri Tala Raassiyi həyatı haqqında maraqlı açıqlamalar verib.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, 35 yaşında olan müsəlman moda dizayneri Tala Raassi, 15 yaşındaykən bir rəfiqəsinin ev partisinə geyindiyi mini ətəkli yubkasına görə 40 qamçı və 5 gün həbslə cəzalandırılmışdı. 20 il əvvəl yaşadığı bu hadisəni unuda bilməyən gənc qadın, ABŞ-a yerləşərək xəyallarını gerçəkləşdirdiyini deyib. 

Dar Be Dar adını verdiyi bikini koleksiyonuyla moda dünyasında özünə möhkəm bir yer əldə edən Raassi müsəlman bir qadın olaraq bikini kolleksiyasını açdıqdan sonrada insanlar tərəfindən qınanıldığını deyib.

 
Mənə deyirlər ki, nə cəsarətlə belə bir şey edərsən? Belə bir şeyə necə icazə verirsən? Amma mövzu bu deyil. Bikini tasarlıyorum çünki sevirəm və moda dünyasında bu sahədə ixtisaslaşmaq istəyirəm. Azadlıq nə geydiyin ya da nə çıxardığın deyil, həyatda nə edəcəyinə dair seçim edə bilməkdir. Bir qadın bikini də geysə, burkini də geysə fərq etməz. Bu sizin öz seçiminizi və seçiminiz sizə güc verir"..

Raassinin markası 2010-ci ildə Miss Universe Gözəllik yarışmasına sponsorluq olmuş və ABŞ-da böyük satış müvəffəqiyyəti əldə etmişdi. Raassi, 2012-ci ildə Newsweek tərəfindən Hillari Clintonla birlikdə 'Dünyanın Ən Qorxusuz Qadını' seçilmişdi. Raassi eyni il 'Fahsion is Freedom (Moda Özgürlüktür)' adlı kitabını nəşr etdirib.


Raassi 15 yaşında olarkən İranda yaşadığı Vozara prospektində əsgərlər tərəfindən göz altına alındığını belə izah edir: "Evdə axtarış etmişdilər. Amma spirtli içki və ya narkotik tapa bilməmişdilər. Evdə yalnız Hollywood filimlərinə məxsus kasetlər var idi. Onlar məni buna görə günahkar və kafir elan etdilər. Makiyaj etdiyim üçün məni sorğuya çəkdilər".