Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Həştərxan Vilayətinin vitse-qubernatoru Konstantin Makelovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Unikal.org-a daxil olan məlumata görə, bu gün Azərbaycan və Rusiyanın müxtəlif vilayətləri arasında əməkdaşlığa dair 12 sənəd, həmçinin Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb.

Forumda həmçinin mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif olunmuş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya "Tərəqqi" medalı təqdim olunub.

Səfər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşü baş tutub.

Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib.

İcra başçısı vitse-qubernatorla görüşdü
İcra başçısı vitse-qubernatorla görüşdü