Aparıcı Vüsalə Əlizadənin "Qadına görə verilişi efirə qayıdır.
Unikal.org-un məlumatına görə, axşam.az-a açıqlamasında aparıcı bildirib ki, proqram noyabrın 11-dən ATV-də yayımlanacaq:
"Tam fərqli formatda qayıdırıq. Maraqlı süjetlər nümayiş etdirəcəyik. Xanımlar üçün lazımlı xəbərlərimiz olacaq.
Qeyd edək ki, "Qadına görə" verilişi ötən ildən efirə gedir. Proqram yay istirahətinə yollanmışdı.