1-3 noyabr tarixlərində Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyinin ev sahibliyi ilə İstanbul şəhərində "İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu mövzusunda Nazirlərin VI Konfransı keçirilir.

Unikal.org xəbər verir ki, tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələri iştirak edir. Konfransda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.

İclasın ikinci günündə iştirak etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİstanbul Beşiktaş Conrad Otelində təşkil edilən konfransa qatılıb.

"15 İyul Qadınları" adlı sənədli filim nümayiş olunub. Filimdən duyğulanan Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, Baş nazir Binali Yıldırımın həyat yoldaşı Semiha Yıldırım gözyaşlarını tuta bilməyib.

Salonda olan çox sayda adamın gözyaşlarını tuta bilmədiyi görüldü.