Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 75-ə yaxın filmdə rol almışdır. 

Unikal.org bildirir ki, o töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər o cümlədən 30 nominasiya içərisində olan 14 Filmfare Mükafatı əldə etmişdir. Şahrux Xan Ən Yaxşı Aktyor Kateqoriyası üzrə 8 dəfə Filmfare mükafatına layiq görülüb ki, bütün zamanların bu kateqoriyası üzrə ən çox qazanan Bollivud aktyorudur, yalnız Dilip Kumar ilə ortaq nəticəsi vardır. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına layiq görülüb. Şahrux Xan indi Hind kino tarixinin ən böyük və nüfuzlu aktyorlarından biridir.

Şahrux Xan 2 noyabr 1965-ci ildə Hindistanın paytaxtı olan Yeni Dehlidə müsəlman ailəsində dünyaya göz açmışdır. Onun atası Tac Məhəmməd Xan Pathan, Britaniya Hindistanı, Pişavar-dan olan Hindistan müstəqillik aktivistlərinin üzvlərindən biri idi. Xana görə onun ata tərəfdən olan babası mənşəcə Əfqanıstanlı olub. Onun anası Lətif Fatimə Hindistan Milli Ordusunda xidmət etmiş Cancua Racput qəbiləsindən olan General Mayor Şah Navaz Xanın qızı olub. Xanın atası Hindistanın parçalamasından əvvəl Pişavarda yerləşən Qissa Khawani Bazaar-dan Yeni Dehliyə gəldi. Şahrux öz mənşəsi barədə Tvitterdə özünü belə təsvir etdi: "Mən yarı Heydərabad (ana), yarı Puştun (ata) bölgəsindənəm, bəzi tərəfim isə Kəşmirdəndir (nənə)...". Onun 15 yaşı olanda atası xərçəng xəstəliyindən dünyasını dəyişdi. Anası isə xəstəliyi böyüyənnən sonra 1990-cı ildə dünyasını dəyişdi. 

Xan uşaq kimi valideynlərinə bağlı idi və ağır iş üçün onun həyatında dönüş nöqtəsi və onun ən böyük arzusu kimi onların erkən ölümlərini təsvir etdi. Xan özünün həyatda ideologiyasını belə izah etdi: "...kinofilmləri düzəltmək beləliklə böyük lənətə gəlmiş qanlı... mənim valideynlərim haradasa bir ulduzda oturub və oradan oğluna baxaraq deyir: 'Mən buradan Çin Səddinə və ya başqa şeylərə nisbətən onun filmlərini daha yaxşı izləyirəm. Biz onun yer üzünü əhatə edən filmlərini görürük'." 

Şahrux Xan ilk aktyorluq debütünü 1988-ci ildə etmiş və bir neçə televiziya serialında çəkilmişdir. Kino fəaliyyətinə isə Bollivud adlandırılan Mumbay şəhərinə gəldikdən sonra başlamışdır. İlk rolunu 1992-ci ildə "Dəlisov məhəbbət" filmində ifa edir. Bu filmdəki roluna görə Şahrux Xan Hindistanın ən məşhur kino jurnalı olan "Filmfare" tərəfindən "Ən Yaxşı Debütə görə" mükafatını almışdır.

1993-cü ildə eyni vaxtda iki filmdə - "Qorxu""Qumarbaz" filmlərində mənfi obrazlar yaratmışdır. İkinci filmdə ifa etdiyi Viki Malhotra rolundan sonra Ən Yaxşı Baş Rola görə yenidən "Filmfare" kino jurnalının mükafafatına layiq görülür. Növbəti mükafatını 1995-ci ildə Kacol Devqanla çəkildiyi "Cəsur ürək gəlini alar" filmində ifa etdiyi Rac roluna görə alır. Bu film kinoteatrlarda 12 milyard rupi qazanmışdır və bununla Hindistan kino tarixində ən böyük kassa gəliri olan film hesab olunur.

Uğurlu rolları Şahrux Xanı məşhur kino aktyoruna çevirdi. Bəzən o, bir ildə 5-6 filmə dəvət alırdı. Nəticədə o, "Bollivudun Kralı" adını alır. Şahrux Xan hal-hazırda Bollivudun ən çox mükafat alan aktyorudur.

Şahrux Xan Bollivudun məşhur qadın aktrisalarından olan Kacolla müxtəlif filmlərə çəkilmişdir. Həmin filmlər o qədər sevilmişdir ki, Şahrux Xan və Kacol Hindistanın ən çox sevilən cütlüyünə çevrilmişdir. Hətta onlar buna görə "Ən yaxşı cütlük" mükafatını almışlar. O 2007 ci ildə om shanti om adlı bir filmə çəkilmişdir.

Xan 1999-cu ildə Cuhi Çavla və rejissor Əziz Mirzə ilə birlikdə Dreamz Unlimited adlanan şirkəti quranda o şirkəti prodüser olaraq yönləndirirdi. 2004-cü ildə isə həyat yoldaşı Qauri ilə birlikdə Red Chillies Entertainment şirkətini yaradıb. O birinci şirkəti ilə üç film istehsal etdi; Amma ürəyim hələ də Hindistanlıdır (Phir bhi dil hai Hindustani) - 2000-ci ildə Cuhi Çavla ilə birlikdə oynadığı və Əziz Mirzənin rejissorluq etdiyi bu film kritik və kommersiya cəhətdən uğursuz oldu. O növbəti ildə kassa gəliri elə də yüksək olmayan Asoka filmini istehsal etdi. Buna baxmayaraq film tənqidçilər tərəfindən müsbət qarşılandı və bu film üçün Filmfare Ən Yaxşı Film Mükafatı təyin olundu. Onun prodüser və ulduz kimi rol adlığı üçüncü filmi olan Gəzmək gəzmək (Chalte Chalte) filminin kassa gəliri kifayət qədər yüksək oldu.

Onun rol aldığı 12 film bütün dünyada 18.2 milyon $-dan çox gəlir əldə etmişdir. Bu uğur da onu Hind kinosunun ən müvəffəqiyyətli və aparıcı aktyorlarından birinə çevirdi.