Sabah Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 2 qanuna əlavə və dəyişik olunması məsələsi müzakirəyə çıxarılacaq.

Unikal.org xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müaviniEldar Quliyevdeyib.

"Sabahkı komitə iclasında "Tütün və tütün məmulatlarının istehsalı və Çayçılıq haqqında qanunalara təklif olunmuş əlavə və dəyişiklər müzakirə olunacaq. Hər iki qanuna təklif olunan əlavə və dəyişiklər prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub.

Eldar Quliyev qanunlara ediləcək əlavə və dəyişiklərin xarakterindən danışıb:

"Əlavə və dəyişiklərin edilməsi ilə bağlı daxil olan hər iki qanunun Reklam haqqında qanuna uyğunlaşdırılması əsas müzakirə mövzusu olacaq.

Belə ki, bu dəyişiklərlə tütün məhsullarının reklamı qadağan olunacaq, çay məhsullarının reklamına isə müəyyən məhdudiyyətlər qoyulacaq.