Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Mixail Fradkov "Almaz-Antey konserninin direktorlar şurasının sədri olacaq.
Bu barədə qərar Fradkovun Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra verilib. Fradkov "Almaz-Anteylə bərabər, Rusiya Strateji Araşdırmalar İnstitutuna da rəhbərlik edəcək.
Qeyd edək ki, bu ilin sentyabrında Fradkov Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyindən uzaqlaşdırılıb. Onu bu vəzifədə Rusiya Dumasının keçmiş rəhbəri Sergey Narışkin əvəz edib.