"Jurnalistlərlə mənim münasibətim çox yaxşıdır. Amma onların bəziləri bu münasibətləri pozurlar, yalan yazırlar, fikirləri konteksdən çıxarırlar, sensasiya yaratmaq xətrinə fikirləri təhrif edirlər". 

Unikal.org-un məlumatına görə bu fikirləri deputat Hadı Rəcəbli Reporta-müsahibəsində deyib. O, qeyd edib ki, bəzən sosial şəbəkələrdə, saytlarda anonim, özlərinin təşkil etdiyi, həqiqətdən kənar, hətta təhqiramiz şərhlər yazırlar: "Bu, məni ağrıdır. Buna baxmayaraq, bir dəfə də olsun jurnalist həmkarlarımla bağlı məhkəməyə müraciət etməmişəm. Əslində, heç vaxtım da yoxdur. Vallah, hərdən üzdəniraq, xarici kəşfiyyata işləyən, elektron mətbuatda az qala ölkəmizdəki biznesin yarısını mənim adıma yazırlar. Onların fantaziyasına həsədlə yanaşıram, məni bu qədər varlı görmək istədiklərini yüksək qiymətləndirirəm. Yaşadığım bina 70-ci illərdən tikilib, yeni tikili, villa deyil. Heç şəxsi maşınım da yoxdur. Dövlətin verdiyi maşından istifadə edirəm. Vaxtım çatmadığından, rəsmi olaraq bizneslə məşğul olmuram, mənim də qohumların çoxdur. İndi nə edək, onlar da heç bir işlə məşğul olmasınlar? Axı bu hansı qanunda yazılıb?!".