Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, yazıçı Kamal Abdullaya ağır itki üz verib.

Unikal.org lent.az istinadən bildirir ki, Kamal Abdullanın bacısı Cülyetta Məmmədova bu gün səhər saatlarında dünyasını dəyişib.

C. Məmmədova məşhur riyaziyyatçı, BDU-nun keçmiş rektoru, AMEA-nın müxbir üzvü Yəhya Məmmədovun (1930-2000) həyat yoldaşı idi.

Vida mərasimi bu gün saat 11.00-13.00-da Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!